Güləşçimiz Avropa çempionu oldu

12-02-2020, 01:07           
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.

Unikal.org xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib.

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.