Futbolçunun Maradonasayağı qolu qeydə alındı - VİDEO

12-02-2020, 01:31           
Futbolçunun Maradonasayağı qolu qeydə alındı - VİDEO
Asiya Futbol Konfederasiyası Kubokunun qrup mərhələsində ilk turun “Seres” (Filippin) – “Svayrienq” (Kamboca) matçında əllə vurulan qol hesaba alınıb.

“Report”un məlumatına görə, 14-cü dəqiqədə “Seres”in müdafiəçisi Coşua Qrommen topu Dieqo Maradona üslubunda tora göndərib. Referi isə mərkəzi göstərib.

Nəticədə hesab 2:0 olub. Baş hakimin yanlış qərarından məyus olan qonaqlar daha 2 top buraxaraq, 0:4 hesabı ilə uduzublar.

Qeyd edək ki, Dieqo Maradona əllə qolu 1986-cı il dünya çempionatının 1/4 final matçında Argentina millisinin üzvü kimi İngiltərənin qapısından keçirib. Həmin vaxt da baş hakim bu qolu hesaba alıb. Görüş isə Argentinanın qələbəsi ilə yekunlaşıb - 2:1.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru