Bakıya iki yüz min qonaq gələcək

13-02-2020, 00:00           
Bakıya iki yüz min qonaq gələcək
Elxan Məmmədov AVRO-2020-nin A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə millilərinin baza kimi Bakını seçdiyini söyləyib.

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min xarici qonağın gələcəyi gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti - baş katibi Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib.

O, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə millilərinin baza kimi Bakını seçdiyini söyləyib. E.Məmmədovun sözlərinə görə, bu isə hər üç komandanın ən azı 10 gün Azərbaycan paytaxtında qalacağı deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru