"Yuventus" yenidən liderliyi ələ alıb

17-02-2020, 02:52           
"Yuventus" yenidən liderliyi ələ alıb
İtaliya A seriyasında XXIV turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 6 qarşılaşma olub.

Avropa Liqasına iddia edən "Verona" Udinedə yerli "Udineze"nin müqavimətini qıra bilməyib.

"Yuventus" Kriştianu Ronaldonun yoxluğunda Turində autsayder "Breşiya"nı hər hissədə vurduğu 1 qolla üstələyib və yenidən zirvəni ələ keçirib.

Bu mövsüm uğursuz nəticələrlə diqqət çəkən "Napoli" səfərdə "Kalyari"dən güclü olub. Neapol təmsilçisinə 3 xal qazanmaq üçün 1 xal kifayət edib.

Turun mərkəzi qarşılaşması Romada keçirilib. Çempionluğa iddia edən 3 komandadan ikisi - "Latsio" ilə "İnter" üz-üzə gəliblər. "Neradzurra" ilk hissədə önə keçsə də, fasilədən sonra iki qol vuran "Latsio" qələbə qazanaraq, rəqibini geridə qoyub.

Tura fevralın 17-də "Milan" - "Torino" matçı ilə yekun vurulacaq.

İtaliya A seriyası
XXIV tur
16 fevral
"Udineze" - "Verona" - 0:0
"Yuventus" - "Breşiya" - 2:0
Dibala, 38; Kuadrado, 75
"Sampdoriya" - "Fiorentina" - 1:5
Qabbiadini, 90 - Torsbi, 8 (avtoqol); Vlahoviç, 18, 57; Kyeza, 40 (pen.), 78
"Sassuolo" - "Parma" - 0:1
Jervinyo, 25
"Kalyari" - "Napoli" - 0:1
Mertens, 66
"Latsio" - "İnter" - 2:1
İmmobile, 50 (pen.); Milinkoviç-Saviç, 69 - Eşli Yanq, 44












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru