“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı

18-02-2020, 02:45           
“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı
İngiltərə Premyer Liqasının 26-cı tutu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissənin 45-ci dəqiqəsində açılıb - Antoni Marsyal qonaq komandanın ilk qolunu vurub. Matçın 66-cı dəqiqəsində Qarri Maquayr “qırmızı şeytanlar”ın hesabdakı üstünlüyünü artırıb.

Qeyd edək ki, “Çelsi”nin vurduğu 2 qol VAR baxışından sonra hesaba alınmayıb.

Hazırda “Mançester Yunayted” 38 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb. Hesabında 41 xalı olan “Çelsi” 4-cü yerdədir. Yarışın lideri 26 matçda 76 xal toplamış “Liverpul”dur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru