"Milan" "Torino"ya minimal hesabla qalib gəldi

18-02-2020, 03:06           
"Milan" "Torino"ya minimal hesabla qalib gəldi
"Milan" İtaliya çempionatının 24-cü turunun matçında “Torino” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Milanın “Cüzeppe Measse” stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol birinci hissənin ortalarında vurulub. Matçın 25-ci dəqiqəsində Ante Rebiç fərqlənib.

Bu oyundan sonra "Milan" 35 xal yığaraq, İtaliyan çempionatının yarış cədvəlində səkkizinci yerə yüksəlib. "Torino" 27 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşmalı olub. Turnirin lideri 57 xalı olan "Yuventus"dur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru