Çempionlar Liqası: "Liverpul" və PSJ uduzdu - FOTO

19-02-2020, 02:13           
Çempionlar Liqası: "Liverpul" və PSJ uduzdu - FOTO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, bu gecə İspaniya və Almaniyada iki görüş keçirilib. Madriddəki "Vanda Metropolitano" stadionunda "Atletiko" turnirin son qalibi İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə Saul Nyiges vurub.

Dortmunddakı "Siqnal İduna Park"da isə "Borussiya" ilə Fransa PSJ-si üz-üzə gəlib. Görüşün ilk yarısında hesab açılmayıb. Qollar isə ikinci hissənin sonlarına doğru vurulub. 68-ci dəqiqədə meydan sahiblərindən Erlinq Holann hesabı açıb. 76-cı dəqiqədə Neymar bərabərlik qolunu vursa da, 78-ci dəqiqədə Holann yenidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
24:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0 (İkinci hissə)
Qol: Saul Nyiges, 4
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid, "Vanda Metropolitano"
24:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 2:1 (İkinci hissə)
Qollar: Erlinq Holann, 68; 78 - Neymar, 76
Baş hakim: Mateo Laos (İspaniya)
Dortmund, “Siqnal İduna Park”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru