"Qarabağ"ın sabiq oyunçusu komandasını yarımfinala yüksəltdi

22-02-2020, 03:56           
"Qarabağ"ın sabiq oyunçusu komandasını yarımfinala yüksəltdi
Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.

Teref.az Qol.az-a istinadən xəbər verir ki, komanda "Şabab Əl-Əhli" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qolu olub

Bu qələbə ilə "Baniyas" yarımfinala yüksəlib.

Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.