"Milan" azlıqda qalan "Fiorentina" ilə bacarmayıb

23-02-2020, 02:16           
"Milan" azlıqda qalan "Fiorentina" ilə bacarmayıb
İtaliya A seriyasında XXV turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, ilk olaraq "Bolonya" ilə "Udineze" meydana çıxıb.

Elitada qalmağa çalışan Udine təmsilçisi səfərdə qələbəni son anda əldən verib. Rodriqo Palasionun əlavə edilmiş dəqiqələrdə vurduğu qol "Bolonya"ya 1 xal qazandırıb.

Lider "Yuventus" son pillənin sahibi "Spal"la səfər matçında minimalhesablı qələbəyə sevinib.

Avropa Liqasına vəsiqə iddiasını davam etdirən "Milan" Florensiyada "Fiorentina"nın qonağı olub. "Rossonyerlər" ikinci hissədə hesabı açsalar da, azlıqda oynayan "Fiorentina" bərabərlik topunu vurmağı bacarıb.

Qeyd edək ki, turun digər 6 oyunu fevralın 23-də keçiriləcək.

İtaliya A seriyası
XXV tur
22 fevral
"Bolonya" - "Udineze" - 1:1
Palasio, 90+2 - Okaka, 33
"Spal" - "Yuventus" - 1:2
Petanya, 69 (pen.) - Ronaldo, 39; Remsi, 60
"Fiorentina" - "Milan" - 1:1
Pulqar, 84 (pen.) - Rebiç, 56












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.