UFC turnirində Tuxuqov Agiları nokauta saldı

23-02-2020, 04:26           
UFC turnirində Tuxuqov Agiları nokauta saldı
Yeni Zelandiyanın Oklend şəhərində qarışıq döyüş növlərinin (MMA) UFC turnirində Rusiyalı idmançı Zubayra Tuxuqov amerikan döyüşçüsü Kevin Agilara qalib gəlib.

Trend-in məlumatına görə, doyüş birinci raundda texniki nokautla başa çatıb.

Z.Tuxuqov UFC çempionu Həbib Nurməhəmmədovun komanda yoldaşıdır. 29 yaşlı idmançı Tuxuqovun arsenalında 19 qələbə və 4 məğlubiyyət, K.Agilarin hesabında isə 3 məğlubiyyət və 17 qələbə var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.