Yeddi qolun vurulduğu matçda PSJ qalib gəlib

24-02-2020, 03:58           
Yeddi qolun vurulduğu matçda PSJ qalib gəlib
Fransa Liqa1-də XXVI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, lider PSJ turun ən çox maraq doğuran oyunlarından birində "Bordo"nu qəbul edib.

Əvvəlki günlərindən uzaq olan və çempionatda heç bir iddiası qalmayan "Bordo" paytaxt Parisdə güclü rəqibi ilə bacarmayıb. Qonaqlar hesabı açsalar da, bolqollu keçən matçda PSJ aktivinə 3 xal yazdırıb.

"Reyms" "Sent-Etyen" səfərində məğlubiyyətdən son dəqiqələrdə qurtulub. Ancaq David Quyonun komandası Avropa Liqasına vəsiqə yolunda önəmli 2 xal itirib.

"Renn" isə "Nim" üzərində əzmkar qələbə qazanaraq, 3-cü pillədəki mövqeyini qoruyub.

Fransa Liqa1
XXVI tur
23 fevral
"Sent-Etyenn" - "Reyms" - 1:1
Buanqa, 73 - Dia, 90+3 (pen.)
"Renn" - "Nim" - 2:1
Nianq, 7, 89 - Rouks, 1
PSJ - "Bordo" - 4:3
Kavani, 25; Markinyoş, 45+1, 63; Mbappe, 69 - Huanq, 18; Pablo, 45+5; Pardo, 83












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru