Virus Avroliqanı da "vurdu" - Bu oyun azarkeşsiz keçiriləcək

26-02-2020, 00:01           
Virus Avroliqanı da "vurdu" -
Avropa Liqasının 1/16 final mərhələsinin "İnter" - "Ludoqorets" cavab matçı azarkeşsiz oynanılacaq.

Teref.az xəbər verir ki, bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Buna səbəb isə koronavirus epidemiyasıdır.

Qeyd edək ki, ilk görüşü "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatan komandaların cavab matçı fevralın 27-də Milandakı "Cüzeppe Meatsa" stadionunda olacaq. /Qol.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.