Çempionlar Liqası: "Bavariya" səfərdə qalib gəlib, "Barselona" heç-heçə oynayıb

26-02-2020, 03:25           
Çempionlar Liqası: "Bavariya" səfərdə qalib gəlib, "Barselona" heç-heçə oynayıb
Çempionlar Liqasında 1/8 final mərhələsinin iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, daha dörd komanda pley-offda ilk görüşünə çıxıb.

İtaliyada “Napoli” “Barselona”nı qəbul edib. Cütün favoriti sayılan ispanlar ilk hissədə geri düşmələrinə baxmayaraq, fasilədən sonra status-kvonu bərpa ediblər. Bununla "Barselona" səfərdə sərfəli bərabərliyə nail olub.

Digər qarşılaşma İngiltərədə baş tutub. Qeyri-sabit mövsüm keçirən “Çelsi” “Bavariya” ilə üz-üzə gəlib. Turnirin qalibi olmağa əsas namizədlər sırasında göstərilən almanlar ikinci hissədə vurduqları 3 qol sayəsində Londondan vacib qələbə ilə dönüblər. Serj Qnabrinin 4 dəqiqə ərzində dublu və Robert Levandovskinin qolu Münhen təmsilçisinə cavab görüşü öncəsi böyük üstünlük qazandırıb.

Qeyd edək ki, 1/8 finalın ilk oyunlarına fevralın 26-da baş tutacaq iki matçla yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
25 fevral

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) - 1:1
Mertens, 30 - Qrizmann, 57
Baş hakim: Feliks Brix (Almaniya)
Neapol. “San Paolo” stadionu

00:00. “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya) - 0:3
Qrabri, 51, 54, Levandovski, 76
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Stemford Bric” stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru