Bir dövrün sonu: Mariya Şarapova karyerasını bitirdi

26-02-2020, 19:15           
Bir dövrün sonu: Mariya Şarapova karyerasını bitirdi
Rusiyalı tennisçi Mariya Şarapova karyerasına son qoyub.

Publika.az xəbər verir ki, 5 dəfə qrand-salm çempionluğu yaşayan tennisçi 32 yaşında tennisi buraxdığını açıqlayıb.

36 dəfə təkbətək yarışlarda qalib olan, ümumilikdə, 38,7 milyon dollar pul mükafatı qazanan Şarapova 2016-cı ildə dopinqdən istifadə etmə iddiası ilə 15 ay yarışlardan uzaqlaşdırılmışdı. Bu cəzadan sonra əvvəlki formasını bərpa edə bilməyən professional idmançı tennisə bu sözləri ilə vida edib: “Tək bildiyiniz həyatı necə arxanızda qoya bilərsiniz? 28 il sevərək etdiyim, saysız göz yaşı, tərifi olmayan həyəcanlar yaşadığım, bir ailə qazandığım idmanda kiçik qız ikən addım atdığınız kortlardan necə ayrıla bilərsiniz? Tennis, sənə əlvida deyirəm. Buna görə məni bağışlayın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru