Rafiz Həsənov finalda, Rafael Ağayevdən uğursuzluq

29-02-2020, 00:00           
Rafiz Həsənov finalda, Rafael Ağayevdən uğursuzluq
Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

Teref.az Report-a istinadən xəbər verir ki, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

67 kq-da yarışan Rafiz Həsənov adını fnala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək, həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev isə ilk görüşündə qalib gəlsə də, sonrakı iki qarşılaşmada 1 heç-heçə və 1 məğlubiyyətlə final şansını əldən verib. Ağayevin uduzduğu türkiyəli yarımfinalda məğlub olduğundan, Azərbaycan karateçisi təsəlliverici görüşlərə qatılmayacaq. Bu isə o deməkdir ki, Ağayev bu turnirdə Tokio Olimpiadasına lisenziya qazanmaq şansını itirib.

Qeyd edə ki, Azərbaycanın digər karateçiləri - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə sabah qoşulacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.