İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı

29-02-2020, 09:46           
İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı
İtaliyanın "Pyaneze" komandasının üç futbolçusu və bir əməkdaşı koronavirus epidemiyasına yoluxub.

"Report" xəbər verir ki, bu barədə C Seriyasının A qrupunda çıxış edən klubun rəsmi saytı məlumat yayıb. Hələlik onların adları açıqlanmayıb.

Bu, ölkədə futbolçular arasında 4-cü yoluxma halıdır. Daha əvvəl Syen əyalətini təmsil edən komandanın oyunçusunda da koronavirus üzə çıxıb.

Qeyd edək ki, İtaliyada virusa 600-dən çox yoluxma halı aşkarlanıb. Yoluxanların 17-si dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru