“Liverpul”un 44 oyunluq məğlubiyyətsiz seriyası darmadağınla qırılıb

1-03-2020, 08:14           
“Liverpul”un 44 oyunluq məğlubiyyətsiz seriyası darmadağınla qırılıb
İngiltərə Premyer Liqasında XXVIII turun ikinci günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün 5 qarşılaşma keçirilib.

Tur “Liverpul”un cari çempionatdakı ilk məğlubiyyəti ilə əlamətdar olub. Günün son matçında “Uotford”un qonağı olan mersisaydlıalr ikinci yarıda buraxılan qollarla 0:3 hesabı ilə uduzub.

Premyer Liqada sonuncu dəfə 2019-cu yanvarın 3-də “Mançester Siti”yə məğlub olan “Liverpul”un 44 oyunluq seriyası qırılıb. Bu müddətdə Yurgen Kloppun yetirmələri 39 qələbə qazanıb, 5 heç-heçə edib. Bununla da liverpullular “Arsenal”ın 49 oyunluq məğlubiyyətsizlik rekorduna çata bilməyib. Cari mövsümdə cəmi 1 dəfə xal itirən komandanın Premyer Liqadakı 18 oyunluq qələbə seriyası da sona çatıb.

“Kristal Pelas” rəqib meydanında “Brayton”u bir qolla məğlub edib. “Vest Hem” isə “Sauthempton”la məhsuldar keçən görüşdə üç xala sevinib.

Eyni sayda – 4 qolun vurulduğu “Bornmut” – “Çelsi” görüşündə qalib müəyyənləşməyib. Nyukaslda eyniadlı komanda “Bernli” ilə qolsuz sülhə imza atıb.

Qeyd edək ki, təxirə salınan oyunlar nəzərə alınmasa, tura martın 1-də yekun vurulacaq. Sabah Liqa kubokunun finalında üz-üzə gələcək “Mançester Siti” və “Aston Villa”nın müvafiq olaraq, “Arsenal” və “Şeffild Yunayted”lə görüşləri təxirə salınıb.

İngiltərə Premyer Liqası
XXVIII tur
29 fevral
“Brayton” – “Kristal Pelas” – 0:1
Ayyu, 70

“Vest Hem” – “Sauthempton” – 3:1

Bouen, 15, Haller, 40, Antonio, 54 – Obafemi, 31

“Nyukasl” – “Bernli” – 0:0

“Bornmut” – “Çelsi” – 2:2
Lema, 54, Kinq, 57 – Alonso, 33, 85

“Uotford” – “Liverpul” – 3:0

Sarr, 54, 60, Dini, 72












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.