FIDE reytinqi:Rəcəbov Məmmədyarovu keçdi

1-03-2020, 08:16           
FIDE reytinqi:Rəcəbov Məmmədyarovu keçdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.

FIDE-nin rəsmi saytı xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın iki təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2 765 xalla 9-cu sıraya yüksəlib.

Şəhriyar Məmmədyarovun da mövqeyində dəyişiklik olub. 2 764 xala malik Məmmədyarov ötən siyahı ilə müqayisədə 2 pillə geriləyərək 10-cu sırada qərarlaşıb.

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb.

Rauf Məmmədov isə yenidən “100-lüy”ə qayıdıb. Məmmədov 2 654 xalla 91-ci sıraya yüksəlib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 842 xalla 2-ci, çinli Dinq Liren 2 805 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 3 pillə geriləyib və 2 443 xalla 28-ci pillədə qərarlaşıb. 2 386 xala malik Gülnar Məmmədova 77-ci sıraya geriləyib. Ülviyyə Fətəliyeva isə 2 377 xalla 89-cu pillədə yer alıb. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru