Bu gün “El Klasiko” var

1-03-2020, 10:48           
Bu gün “El Klasiko” var
Bu gün İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçiriləcək.

KONKRET.az xəbər verir ki, hesabat turunda “Real” doğma azarkeşlər önündə “Barselona”nı qəbul edəcək. “Santiaqo Bernabeu” stadionunda keçiriləcək “El Klasiko” Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, hazırda aktivində 55 xal olan “Barselona” turnir cədvəlinin vahid lideridir. Madridlilər isə 53 xalla ikinci yerdə qərarlaşıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.