"El Klassiko"da "Real" "Barselona"nı məğlub edib

2-03-2020, 07:32           
"El Klassiko"da "Real" "Barselona"nı məğlub edib
İspaniya Futbol çempionatının 26-cı turunun matçında "Real" evdə "Barselona" nı 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddə keçirilib. Matçda qolları Vinisius Junior (71-ci dəqiqə) və Mariano Dias (92) vurublar.

"Real"ın keçmiş futbolçusu, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo matçı izləyib.

Turnir cədvəlində "Real" 56 xal toplayaraq birini yerə yüksəlib. "Barselona" 55 xalla ikinci pilləyə enib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.