Dembele "Lion"a 3 xal qazandırıb

2-03-2020, 01:36           
Dembele "Lion"a 3 xal qazandırıb
Fransa çempionatında XXVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün ilk oyununda "Lill" "Nant"ın qonağı olub.

Çempionlar Liqasına vəsiqəni hədəfləyən qonaqlar bir qolla qalib gələrək, 3-cü yerə iddialarını davam etdiriblər.

Turnir cədvəlində bir-birinə yaxın olan "Bordo" ilə "Nitsa"nın duelində komandalar hərəyə 1 xalı 1 qolla qazanıblar.

Çempionlar Liqasından fərqli, Liqa1-də heç də uğurlu mövsüm keçirməyən "Lion" öz meydanında elitada qalmaq üçün döyüşən "Sent-Etyenn"i Musa Dembelenin dublu sayəsində üstələyib.

Fransa Liqa1
XXVII tur
1 mart
"Nant" - "Lill" - 0:1
Andre, 58
"Bordo" - "Nitsa" - 1:1
De Previlye, 21 - Unas, 57
"Lion" - "Sent-Etyenn" - 2:0
Dembele, 27, 90+5 (pen.)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru