İngiltərə kuboku: “Arsenal” 1/4 finala çıxıb

3-03-2020, 08:00           
İngiltərə kuboku: “Arsenal” 1/4 finala çıxıb
Futbol üzrə İngiltərə kubokunun 1/8 final matçında "Portsmut" London "Arsenal"ını qəbul edib.

"Report"un məlumatına görə, matç Portsmutdakı “Fretton Park” stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab birinci hissəyə əlavə olunmuş vaxtda açılıb. "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulos fərqlənib. İkinci hissənin əvvəlində - 51-ci dəqiqədə hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü artırıb - 2:0.

Beləliklə, London "Arsenal"ı İngiltərə kubokunun 1/4 finalına çıxıb, "Portsmut" turnirdəki çıxışını başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru