Millimizin UEFA-da rəqibləri müəyyənləşdi

3-03-2020, 22:39           
Millimizin UEFA-da rəqibləri müəyyənləşdi
Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.

Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq.

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya yığmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru