Almaniya Kubokunun yarımfinalçıları məlum oldu

5-03-2020, 08:17           
Almaniya Kubokunun yarımfinalçıları məlum oldu
Almaniya kubokunun 1/4 final matçında "Bayer" "Union"u qəbul edib.

“Report” xəbər verir ki, Leverkuzendə keçirilən matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçda hesab birinci hissənin sonunda açılıb. Qarşılaşmanın 39-cu dəqiqəsində berlinlilərin heyətində Markus İnqvartsen fərqlənib. Meydan sahibləri 72-ci dəqiqədə tarazlığı bərpa ediblər – Kərim Bellarabi komandasının bərabərlik qolunu vurub.

Qarşılaşmanın 86-cı dəqiqəsində "Bayer" Çarles Arangisin qolu ilə hesabda irəli çıxıb. Matça əlavə edilmiş vaxtda Mussa Diabi qarşılaşmada son nöqtəni qoyub. “Bayer” bu qələbə ilə yarımfinala vəsiqəni təmin edib.

Almaniya kubokunun digər 1/4 final matçında "Ayntraxt" "Verder"ə 2:0 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru