Azərbaycan iki bayraqdarla təmsil olunacaq - “Tokio-2020”

6-03-2020, 10:48           
Azərbaycan iki bayraqdarla təmsil olunacaq -
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin "Tokio -2020" Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) müsbət qiymətləndirir. BOK gender bərabərliyinin tənzimlənməsi məqsədilə "Tokio-2020"nin açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya komitələrinə müraciət edib.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu haqda BOK-un İcraiyyə Komitəsinin qərarını şərh edən MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə bildirib.

Ç.Hüseynzadənin sözlərinə görə, Olimpiya Oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, BOK-un bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru