"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

29-03-2020, 06:54           
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Futbolçuların illik maaşı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ümumi ödənişlərə bərabər olan məbləğə endiriləcək. Razılaşma nəticəsində "Yuventus" 2019/20 mövsümündə təxminən 90 milyon avro qənaət edəcək.

Bildirilir ki, mövsümün başa vurulduğu və ya bərpa olunduğu təqdirdə klub və oyunçular razılaşmanı yenidən nəzərdən keçirəcəklər: "Yuventus" oyunçulara və məşqçilərə hamı üçün çətin zamanda anlayışa görə təşəkkürünü bildirir".

Qeyd edək ki, İtaliya Çempionatı koronavirus pandemiyası səbəbilə mayın 3-dək dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru