Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha bir məşhur sima pul köçürüb.
Kazus.az xəbər verir ki, “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov 50 min manat dəyərində pul ayırıb.
Qeyd edək ki, daha əvvəl “Qarabağ” klubu 50 min manat dəyərində pul köçürmüşdü. Komandanın baş məşqçisi Qurban Qurbanov isə 20 min manatla öz yardımını göstərmişdi.