Həbib Toni Fergusonla döyüşlə bağlı qərarını açıqladı

30-03-2020, 16:39           
Həbib Toni Fergusonla döyüşlə bağlı qərarını açıqladı
UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Ferguson arasındakı döyüş koronavirusla əlaqədar ləğv ediləcək.

"MediaPost" xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov idman kanallarının birinə açıqlamasında bildirib.

“Mən Rusiyadayam və məşqlərimi davam etdirirəm. Ölkəmdə karantin vəziyyəti elan edilib. Bu səbəbdən ölkəni tərk edə bilmirəm. Düşünürəm ki, dünyada baş verən hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq” - Həbib bildirib.

Qeyd edib ki, H.Nurməhəmmədov və T.Ferguson arasında yüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə bu il aprelin 19-da Nyu-Yorkdakı “UFC 249” turniri çərçivəsində keçirilməli idi.

Məlumat üçün bildirək ki, Həbib Nurməhəmmədov bu döyüşdə qələbə qazansa 10 milyon 251 min dollar qazanc əldə edəcək ki, bu da onun UFC yarışlarında əldə etdiyi ən böyük məbləğ olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru