Azərbaycanlı şahmatçılar erməniyə başsağlığı verdi

1-04-2020, 02:01           
Azərbaycanlı şahmatçılar erməniyə başsağlığı verdi
Ermənistanlı şahmatçı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili vəfat edib.

Teref.az Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı Arianananın ölümü ilə bağlı dünyanın bir çox şahmatçısı, o cümlədən azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov da Aronyana başsağlığı verib.

Rəcəbov, “Dərin başsağlığı verirəm, Levon”, Məmmədov isə “Başsağlığı verirəm... döz Levon” yazaraq tvitterdə Aronyana dəstək olublar.

Qeyd edək ki, filippinli Ariana martın 15-də avtoboil qəzasına düşüb. O, indiyə qədər Yerevandakı xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb. Beynəlxalq dərəcəli idman ustası olan Ariana 7 Şahmat Olimpiadasının iştirakçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru