Kriştianu Ronaldu 1 milyard ABŞ dolları qazanacaq

3-04-2020, 03:11           
Kriştianu Ronaldu 1 milyard ABŞ dolları qazanacaq
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1 milyard ABŞ dolları qazanan ilk futbolçu olacaq.

Bu barədə "Report" "Busuness Insider"ə istinadən xəbər verir.

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq.

"Yuventus"dakı əmək haqqından əlavə, Ronaldu CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.

Ümumilikdə isə 35 yaşlı forvard qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ildə onlara tennisçi Roje Federer də qoşulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru