Tokio olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu

4-04-2020, 03:33           
Tokio olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu
Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bütün turnirlər 29 iyun 2021-ci ilədək başa çatmalıdır.

"Report"un "Inside the Games"ə istinadən verdiyi məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Milli Olimpiya Komitələrinə göndərilən məktubda bildirilir.

O da göstərilir ki, hər bir ölkə öz iştirak ərizəsini iyulun 5-dək IOC-a təqdim etməlidir. Turnirlərin tarixi və yeri barədə tam informasiya vermək üçün isə hələ tez olduğu vurğulanıb. Belə bir bildiriş koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan götürülməsindən sonra dərc olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib. İndiyədək lisenziya qazanmış bütün idmançılar Oyunlarda iştirak hüququnu özlərində saxlayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru