ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu

18-08-2020, 08:14           
ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
UEFA Avropa Liqasında növbəti finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda Ukrayna "Şaxtyor"unu 5:0 hesabı ilə darmadağın edən İtaliyanın "İnter" klubu həlledici qarşılaşmada İspaniya təmsilçisi "Sevilya"ya rəqib olub.

Görüşdə hesab ilk hissədə açılıb. Argentinalı hücumçu Lautaro Martines 19-cu dəqiqədə Donetsk klubunun qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da yaxşı start verən milanlılar əvvəlcə 64-cü dəqiqədə Daniele D Ambrozionun qolu ilə fərqi artırıblar - 2:0. Bununla kifayətlənməyən "İnter" futbolçuları 74-cü dəqiqədə "Şaxtyor"u 3-cü dəfə meydanın mərkəzinə dəvət ediblər. L.Martines dubl edib. Cəmi 4 dəqiqə sonra Cənubi amerikalının ideal ara ötürməsindən sonra Romelu Lukaku dəqiq zərbə ilə topu tora qovuşdurub. 84-cü dəqiqədə belçikalı hücumçu özünün 2-ci, komandasının isə 5-ci qolunu vuraraq matçda son nöqtəni qoyub.

Qeyd edək ki, "Sevilya" və "İnter" arasında final matçı avqustun 21-də Almaniyanın Köln şəhərində olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru