“Qarabağ” “Sileks”lə matça ciddi itki ilə çıxacaq

18-08-2020, 11:12           
“Qarabağ” “Sileks”lə matça ciddi itki ilə çıxacaq
Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Qara Qarayev görüşün iştirakçısı olmayacaq. Buna səbəb onun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la Bakıda keçirilmiş matçda (1:1) qırmızı vərəqə alması olub.

İkinci sarı vərəqədən sonra meydanı tərk edən 27 yaşlı futbolçunun cəzası bir oyundur.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru