"Barselona"nın prezidenti klubda qalacaq 7 futbolçunun adını açıqladı

19-08-2020, 10:44           
"Barselona"nın prezidenti klubda qalacaq 7 futbolçunun adını açıqladı
Çempionlar Liqasında Almaniyanın "Bavariya" klubuna 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kike Setyen və idman direktoru Erik Abidalla yolları ayıran "Barselona" rəhbərliyi klubu bir çox oyunçusu ilə yolları ayırmağa hazırlaşır.

Teref.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Katalon klubunun prezidenti Xosep Bartomeu klubda qalacaq futbolçuların adlarını açıqlayıb. Bunlar Messi, Ter Şteqen, Lenqlet, Semedu, De Yonq, Qrizmann və Dembeledir. Yeni təyin olunan baş məşqçi Ronald Kuman istəsə, Koutinyo da satılmayacaq.

Qeyd edək ki, daha əvvəl klubun kapitanı Lionel Messinin müqaviləsinin bitməsini (2021) gözləmədən klubdan ayrılacağı ilə bağlı məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru