Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri müəyyənləşib

20-08-2020, 08:49           
Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri müəyyənləşib
Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 11 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, II raundun Çempionlar yolunda 9 cütlük artıq müəyyənləşib.

Bir gün əvvəl "Sileks" (Şimali Makedoniya) üzərində 4:0 hesablı qələbə qazanan Azərbaycan çempionu "Qarabağ"ın növbəti rəqibi Moldova təmsilçisi "Şerif olacaq.

Yalnız “Yanq Boyz”un (İsveçrə) II raunddakı rəqibi bəlli olmayıb. Çünki “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) koronavirus pandemiyası səbəbindən avqustun 21-nə keçirilib.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan)
“Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Legiya” (Polşa) - “Omoniya” (Kipr)
"Çelye" (Sloveniya) - “Molde” (Norveç)
“Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
“Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
"Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi

Liqa yolu
“Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları avqustun 25-26-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru