Daha bir oyun təxirə salındı - Koronavirusa görə

21-08-2020, 00:03           
Daha bir oyun təxirə salındı - Koronavirusa görə
Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

KONKRET.az-ın məlumatına görə, bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.

Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.

Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru