"Sevilya"nın ulduzu parikinə söz atdı, Konte çılğına döndü - VİDEO

22-08-2020, 12:11           
"Sevilya"nın ulduzu parikinə söz atdı, Konte çılğına döndü - VİDEO
"Sevilya"nın "İnter" üzərində 3:2 hesabı ilə qələbə qazandığı Avropa Liqasının final matçına baş məşqçi Antonio Konte və qalib komandanın argentinalı oyunçusu Ener Baneqa arasında yaşananlar damğa vurub.

Offsideplus.az xəbər verir ki, "La Gazetta dello Sport" nəşri mübahisənin Baneqanın italiyalı mütəxəssisin parikinə lağ etməsi ilə başladığını yazıb. Həmçinin Kontenin argentinalı ulduza "Oyundan sonra çöldə görüşərik" dediyi də bildirilib.

Mübahisə hakimin final fitindən sonra da davam edib. Konte Baneqaya "Səni burda gözləyəcəm, yaxşı? Burda gözləyəcəm" deyib.

Qeyd edək ki, Antonio Konte futbolçuluq dönəmində, 2007-ci ildə Kanadanın Vontevur şəhərində saç əkdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru