“Qarabağ” Premyer Liqada mövsümə qələbə ilə başladı

23-08-2020, 00:04           
“Qarabağ” Premyer Liqada mövsümə qələbə ilə başladı
Azərbaycan Premyer Liqasında ilk turun daha bir matçı keçirilib.

Oxu.Az xəbər verir ki, günün yeganə oyununda qızıl medalların son sahibi “Qarabağ”la “Sabah” üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilmiş görüş son çempionun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada qolların hər ikisini ağdamlıların hücumçusu Mahir Emreli vurub. O, 45 və 68-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, turun dünən iki oyunu keçirilmişdi. Sonuncu qarşılaşma isə sabah Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru