Hafiz Məmmədov “Lans”ı yaxın dostuna satır

22-01-2016, 12:27           
Hafiz Məmmədov “Lans”ı yaxın dostuna satır
Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunu satmağa razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, klubun prezidenti Jerve Martel növbəti bazarertəsi yeni layihə hazırlayaraq tərəflərə təqdim edəcək.

Fransa mətbuatının yazdığına görə, Hafiz Məmmədovun klubu satmasına səbəb Azərbaycanda yaşanan maliyyə böhranıdır. Həmçinin Azərbaycan Bankının fəaliyyətini dayandırması da öz təsirini göstərib.
Lakin hazırda bir problem var. Hafiz Məmmədov klubu satmaq üçün Fransa Maliyyə Polisinin razılığını almalıdır. Bunun üçün də sənədlər qaydasında olmalıdır.

Məmmədovun klubu satacaq adamın adı açıqlanmasa da, onun azərbaycanlı iş adamının yaxın dostu olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.