“Milan” və “Yuventus” büdrəyib, mərkəzi oyunda “İnter” qalib gəlib

17-12-2020, 03:56           
“Milan” və “Yuventus” büdrəyib, mərkəzi oyunda “İnter” qalib gəlib
İtaliya A seriyasında XII turun daha 7 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmaların 5-də heç-heçə qeydə alınıb.

Günün ilk matçında “Yuventus” “Atalanta”nı sınağa çəkib. Bu ana qədər uduzmayan “qoca sinyora” doğma arenasında da ənənəni davam etdirib. Lakin turinlilər Berqamo təmsilçisi ilə matçda 2 xal itiriblər.

Məğlubiyyətsiz “Milan” “Cenoa”nın qonağı olub. Turnir cədvəlinin lideri yenə uduzmayıb, ancaq 1 xalla kifayətlənməli olub.

Mərkəzi oyun Milanda baş tutub. Turnir cədvəlində 2-3-cü yerlərdə qərarlaşan “İnter”lə “Napoli”nin duelində 1 qol həlledici olub. Romelu Lukakunun penalti topu ilə qələbə qazanan “İnter” liderə yaxınlaşıb.

Qeyd edək ki, ilk oyun günündə “Benevento” – “Latsio” (1:1) və “Udineze” – “Krotone” (0:0) oyunu keçirilib. Tura dekabrın 17-də keçiriləcək “Roma” – “Torino” (23:45) matçı ilə yekun vurulacaq.

İtaliya A seriyası
XII tur
16 dekabr
“Yuventus” – “Atalanta” – 1:1
Kyeza, 29 – Freuler, 57
“Fiorentina” – “Sassuolo” – 1:1
Vlahoviç, 35 (pen.) – Traore, 13
“Cenoa” – “Milan” – 2:2
Destro, 47, 60 – Kalabria, 52, Kyatenqva, 83
“İnter” – “Napoli” – 1:0
Lukaku, 71 (pen.)
“Parma” – “Kalyari” – 0:0
“Speziya” – “Bolonya” – 2:2
Nzola, 19, 63 – Dominges, 72, Barrou, 90+2
“Verona” – “Sampdoriya” – 1:2
Zakkanyi, 70 (pen.) – Ekdal, 41, Verre, 54












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru