“Barselona” “Real Sosyedad”ı zirvədən salıb

17-12-2020, 06:58           
“Barselona” “Real Sosyedad”ı zirvədən salıb
İspaniya La Liqasında XIX turun daha bir oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Barselona” “Real Sosyedad”ı sınağa çəkib.

Turnir cədvəlinə başçılıq edən San-Sebastyan təmsilçisi “Nou Kamp”da uğursuz mövsüm keçirən Ronald Kumanın yetirmələrinə minimal hesabla uduzub. Bu isə komandanın top fərqinə görə liderliyi tərk etməsinə səbəb olub.

Qeyd edək ki, dünən turun “Real” – “Atletik” (3:1) görüşü keçirilib. XIX turun iki matçının erkən keçirilməsinin səbəbi bu komandaların 2021-ci ilin yanvarında İspaniya Superkubokunda mübarizəsi ilə bağlıdır.

İspaniya La Liqası
XIX tur
16 dekabr
“Barselona” – “Real Sosyedad” – 2:1
Alba, 31, de Yonq, 43 – Villian Joze, 27












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru