Teymur Rəcəbov Aronyanı geridə qoydu

29-01-2021, 05:58           
Teymur Rəcəbov Aronyanı geridə qoydu
"Champions Chess Tour” onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb.

Sfera.az xəbər verir ki, iki turnirin nəticəsinə əsasən, seriyaya azərbaycanlı qrossmeyster Teymur Rəcəbov başçılıq edir. İkinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni şahmatçı Levon Aronyan tutur.

Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen ümumi hesabda dördüncü pillədə qərarlaşıb.

10 turnirdən ibarət olacaq "Champions Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.

Xatırladaq ki, "Champions Chess Tour” seriyasının ikinci - "Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru