Millimiz Slovakiyaya dörd qol vurub, lider oldu 30-01-2021, 00:01 Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.Joze Alesionun yetirmələri Bakı İdman Sarayında Slovakiyaya 4:1 hesabı ilə qalib gəlib.Komandamızdan qolları Bolinya, Everton Kardozo, Xətai Bağırov, İsa Atayev, qonaqlardan isə Tomaş Drahovski vurub.Bununla da komandamız üç xalla qrupun lideri olub. Növbəti matç fevralın 2-də Afinada Yunanıstana qarşı olacaq. Facebook-da paylaş