Dünya çempionatı: Finalçılar məlum oldu 30-01-2021, 02:56 Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib."Report"un məlumatına görə, həlledici görüşdə Danimarka və İsveç yığmaları üz-üzə gələcək. Oyun yanvarın 31-də keçiriləcək.Qeyd edək ki, yarımfinalda Danimarka İspaniyanı 35:33, İsveç isə Fransanı 32:26 hesabı ilə yenib. Facebook-da paylaş