“Mançester Yunayted” “Arsenal”la bacarmadı, “Mançester Siti” qalib gəldi

31-01-2021, 02:30           
“Mançester Yunayted” “Arsenal”la bacarmadı, “Mançester Siti” qalib gəldi
İngiltərə Premyer Liqasında XXI tur davam edir.

Oyun günündə daha 6 qarşılaşma baş tutub.

Mövsümün lideri “Mançester Siti” autsayder “Şeffild Yunayted”ə tək qolla qalib gəlib.

“Mavilər”in həmşəhərliləri “Mançester Yunayted” isə “Arsenal”la qarşılaşmada xal itirib. Tərəflər qolsuz bərabərliyə razılaşıblar.

“Vest Bromviç”lə “Fulhem”in görüşündə də heç-heçə qeydə alınıb – 2:2.

“Nyukasl” “Everton”la, “Aston Villa” “Sauthempton”la səfər matçından qalib ayrılıb. “Kristal Pelas” öz meydanında “Vulverhempton”u üstələyib.

İngiltərə Premyer Liqası
XXI tur
30 yanvar

“Vest Bromviç” – “Fulhem” – 2:2
Qollar: Bartli, 47, Pereyra, 66 – Reyd, 10, Kavalero, 77

“Mançester Siti” – “Şeffild Yunayted” – 1:0
Qol: Jezus, 9

“Kristal Pelas” – “Vulverhempton” – 1:0
Qol: Eze, 60

“Everton” – “Nyukasl” – 0:2
Qollar: Uilson, 73, 90+3

“Arsenal” – “Mançester Yunayted” – 0:0

“Sauthempton” – “Aston Villa” – 0:1
Qol: Barkli, 41












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru