“Atletiko”nun futbolçuları koronavirusa yoluxdu

31-01-2021, 07:15           
“Atletiko”nun futbolçuları koronavirusa yoluxdu
İspaniyanın “Atletiko” klubunun futbolçuları Yannik Ferreyra-Karrasko və Mario Ermosun koronavirus testlərinin nəticəsi müsbət çıxıb.

TASS bu barədə komandanın mətbuat xidmətinin məlumatına istinadən xəbər yayır.

Futbolçuların özlərini təcrid etdikləri qeyd olunur.

Qeyd edək ki, “Atletiko” 47 xalla İspaniya La Liqasının turnir cədvəlində liderdir. Komanda ikinci yerdə qərarlaşan “Real”ı yeddi xal qabaqlayır.

Dieqo Simeonenin yetirmələri bu gün səfərdə “Kadis”lə qarşılaşacaq.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru