Avropa Liqası: "Qarabağ"ın keçmiş rəqibindən sensasiya

26-02-2021, 01:23           
Avropa Liqası:
Fevralın 25-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir finala çıxan daha 7 iştirakçının adı məlum olub.

Axar.az xəbər verir ki, turnirin onaltıdabir final mərhələsinin cavab oyunlarının yeddisi Bakı vaxtı ilə saat 21:55-də başlayıb, səkkizi isə gecə saat 12-də oynanılacaq.

“Qarabağ” klubunun yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniyanın “Vilyarreal” klubu Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi “Zaltsburq” ilə cavab görüşündə də rəqibindən üstün olub - 2:1.

Günün ən gözlənilməz nəticəsi "Emirates" stadionunda qeydə alınıb.

Portuqaliyada "Benfika" ilə heç-heçə edən (1:1) İngiltərənin "Arsenal" klubu öz meydanında rəqibini məğlub edə bilməyib. Bu oyun 2:2 hesabı ilə başa çatsa da iki oyunun nəticəsinə görə "Benfika" səkkizdəbir finala yüksəlib.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1, ilk oyun - 2:1;

“Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1, 0:2;

“Hoffenhaym” (Almaniya) - “Molde” (Norveç) - 0:1, 3:3;

“Reyncers” (Şotlandiya) – "Antverpen” (Beçlika) - 4:2, 4:3;

"Şaxtyor Donetsk" (Ukrayna) - "Makkabi Tel-Əviv" (İsrail) - 1:0, 2:0.

Qeyd edək ki, daha əvvəl İngiltərə "Tottenhem"i adını 1/8 finala yazdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru