Futbolçusu Terimi özündən çıxardı : Bir də “11-lik”də oynatmayacaq!

2-03-2021, 15:13           
Futbolçusu Terimi özündən çıxardı
Fevralın 27-də baş tutan “Erzurumspur”la matçda “Qalatasaray” 2:0 hesablı qələbəyə sevindi.

Savash.org “Sabah”a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimin futbolçusu Yunes Belhanda barədə dediyi sözlər ortaya çıxıb. 72-ci dəqiqədə oyuna daxil olan 31 yaşlı futbolçu bir neçə dəfə top itirərək komandasını təhlükəli duruma saldı. Buna əsəbləşən təcrübəli mütəxəssisin “Mən bu Belhandaya ilk “11-lik”də yer vermərəm!”, dediyi bəlli olub.

Belə ki, Terim Belhandanı sabah “Anakaragücü”ylə baş tutacaq oyunda əsas heyətə salmaq fikrində imiş.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm sonu müqaviləsi başa çatan Yunes Belhandaya maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edib. Futbolçu təklifi hələ də cavablandırmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru