“Barselona”nın sabiq prezidenti sərbəst buraxıldı

3-03-2021, 03:42           
“Barselona”nın sabiq prezidenti sərbəst buraxıldı
İspaniyanın istintaq məhkəməsi ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeunu sərbəst buraxılması barədə qərar çıxarıb.

Demokrat.az xarici mətbuata istinadla xəbər verir ki, qərar Kataloniya Ali Məhkəməsi tərəfindən verilib.

X.Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli şəxs qismində çıxıb.

Hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb.

Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru