UEFA rəhbəri: "Superliqadakı futbolçular nə dünya, nə də Avropa çempionatında olacaqlar"

20-04-2021, 00:35           
UEFA rəhbəri:
Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyəkOnlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək
Superliqada oynayan futbolçular Dünya Çempionatı və Avropa Çempionatında iştirak edə bilməyəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqası ilə bağlı danışarkən bildirib.

"Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək", - deyə Çeferin qeyd edib.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" (Madrid), "Real Madrid", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Superliqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçiliblər. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru